Bərk Tullantı İdarəçiliyinin Təkmilləşdirilməsi

Ümumi Məlumat


İsmayıllı rayonunda adambaşına düşən tullantı həcminin tədqiqi

Azərbaycanda sürətli iqtisadi inkişafı nəticəsində məhsul və xidmətlərin məişət istehlakı artmış və böyük miqdarda məişət tullantılarının yaranmasına səbəb olmuşdur. Məişət tullantılarının toplanması,daşınması və atılması sistemi Bakıda işləməsinə baxmayaraq, mövcud zibilxanalar beynəlxalq sanitariya standartlarına uyğun gəlmir və xəstəlik mənbəyinə çevrilərək landştaftın məhv olmasına gətirib çıxara bilər. Məişət tullantıları üzrə xidmətlər rayon/kənd yerlərini qismən əhatə edir.Tullantıların təkrar emalı və təkrar istifadəsi məhdud səviyyədə yerinə yetirilir. Azərbaycan Hökuməti tullantı idarəçiliyini mühüm prioritetlərdən biri kimi Milli Dayanıqlı İnkişaf Strategiyasına daxil etmiş və bərk tullantı idarəetməsində (BTİ) əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşdur.Bu sahədə səmərəlilik əsaslı islahatları davam etdirmək məqsədilə Hökumət ölkədə bərk tullantı idarəçiliyini təkmilləşdirməkdə BMTİP-nin texniki dəstəyinə müraciət etmişdir.

Layihənin Məqsədləri

Layihənin məqsədi aşağıdakı beş çıxış yolunu təqdim etməklə Azərbaycanda bərk tullantıların idarəçiliyi üzrə milli sistemin təkmilləşməsinə yardım göstərmək olmuşdur.:

  • Qanun çərçivəsinin təkmilləşdirilməsi;
  • Tullantı istehsalı və tərkibi haqqında bazanın təkmilləşdirilməsi;
  • Bərk bullantı məlumat bazasının yaradılması;
  • Bacarıqların artırılması;
  • Yerli nümayiş layihəsinin həyata keçirilməsi.

Əldə olunan Uğurlar



  • Layihə bərk tullantıların idarə olunması üçün yandırılma,torpağa basdırma və sanitariya normaları üzrə normativ sənədlərin yenidən nəzərdən keçirilməsinə yardım etmişdir.
  • Layihə bərk tullantıların atılması təkrar emali və təkrar istifadəsi (AAT) üzrə Milli Strategiyanın təkmilləşdirilməsinə kömək etmişdir.
  • Adambaşına düşən tullantı istehsalı həcmi və Bakı,İsmayıllı, Şəkidə tullantıların tərkibi haqqında ilkin tədqiqatlar aparılmışdır.Əldə edilən nəticələr mövcud BTİ təcrübələrinin təhlilini və yeni BTİ siyasət layihəsinin hazırlanmasını təmin edəcəkdir.
  • Bərk tullantı ərazilərinin inventarizasiyası hazırlanmışdır və ölkə üzrə 50 rayonda laborotoriya təhlilləri aparılmışdır.Bərk tullantıların tərkibi və kəmiyyəti haqqında məlumatları saxlamaq üçün məlumat bazası yaradılmışdır.Bu nailiyyətlər mövcud BTİ siyasətinin yerinə yetirilməsini dəyərləndirilmək üçün önəmli vasitədir.

Donorlar

Donorlar

Verilən məbləğ, ABŞ dolları ilə

Norveç Hökuməti

550,000

BMT İP

350,000

İllər üzrə Çatdırılma

Maliyyə İli

Çatdırılma məbləği, ABŞ dolları ilə 

2011 268,685 

2012


Qısa Məlumat
Statusu
Tamamlanmış
Layihənin Başlanma Tarixi
İyun, 2009
Layihənin Son Tarixi
İyul, 2012
Coğrafi Əhatə Dairəsi
Əsas etibarı ilə Bakı, Şəki və İsmayıllı olmaqla ölkə üzrə
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
MİM
MİM 7: Ətraf mühitin dayanıqlılığını təmin etmək
Tərəfdaşlar
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Layihə Rəhbəri

Çingiz Məmmədov, Baş Proqram Məsləhətçisi, сhingiz.mammadov@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə